Pakistanda virtual mitinq: İmran Xanın süni intellektlə yaradılmış çıxışından istifadə edildi

Pakistanda virtual mitinq: İmran Xanın süni intellektlə yaradılmış çıxışından istifadə edildi
DÜNYA
12:18 19.12.2023
118
Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öz sarayında süni intellektlə yaradılan çıxışından virtual mitinqdə istifadə edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, həmin çıxış baş nazirin qeydləri əsasında hazırlanıb.

Xanın 4 dəqiqəlik çıxışının süni intellekt tərəfindən yaradıldığını və virtual mitinqdə istifadə edildiyini bildirən PTİ rəsmisi bunun ölkənin siyasi tarixində ilk dəfə edildiyinə diqqət çəkib.
 
Xatırladaq ki, İmran Xan avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmədə həbs edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR