Pakistanda yaraqlılar 23 nəfəri öldürüb

Pakistanda yaraqlılar 23 nəfəri öldürüb
DÜNYA
18:59 26.08.2024
185
Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 23 nəfər ölüb.

Bu barədə "Reuters" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Təfərrüatlar verilməsə də, Pakistanın Baş naziri Şahbaz Şərif sərnişin avtobuslarına hücumların Bəlucistan əyalətində baş verdiyini bildirib”, - məlumatda qeyd edilib.
 

OXŞAR XƏBƏRLƏR