Pakistan Hindistandan Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanmış 64 illik "Hind Suları Müqaviləsi"nə (IWT) əməl etməsini istəyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç paytaxt İslamabadda keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Hind Suları Müqaviləsi"nin illərdir iki ölkənin mənafeyinə xidmət edən əhəmiyyətli bir razılaşma olduğunu ifadə edən Baluç deyib:
"Biz inanırıq ki, bu, suyun bölüşdürülməsinə dair ikitərəfli sazişlərin qızıl standartıdır. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Biz Hindistanın da sazişə əməl etməsini gözləyirik".
Gülay