Pakistanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Pakistanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
SİYASƏT
14:33 13.10.2016
934

 

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 
 
OXŞAR XƏBƏRLƏR