Pakistanın keçmiş baş naziri Nobel Sülh Mükafatına namizəd göstərilib

Pakistanın keçmiş baş naziri Nobel Sülh Mükafatına namizəd göstərilib
DÜNYA
19:13 01.04.2025
327
Pakistanın keçmiş baş naziri, "Ədalət uğrunda Hərəkat" müxalifət partiyasının qurucusu İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Onun namizədliyini "Pakistan World Alliance” (PWA) hüquq müdafiə təşkilatı Pakistanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsinə verdiyi töhfəyə görə irəli sürüb.

İmran Xan ikinci dəfədir ki, bu nüfuzlu mükafata namizəd göstərilir. 2019-cu ildə o, Hindistanla münasibətlərdə hərbi gərginliyin azaldılması istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib və Pakistan parlamenti onun namizədliyini dəstəkləyən qətnamə qəbul edib. Lakin Xan bu mükafata layiq olmadığını bildirib. Onun sözlərinə görə, bu mükafatı Kəşmir məsələsinin yekun həllinə nail olan siyasətçi almalıdır.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.
 
\report
OXŞAR XƏBƏRLƏR