Pakistanın şimal-qərbində partlayış nəticəsində ölən və yaralananlar var

Pakistanın şimal-qərbində partlayış nəticəsində ölən və yaralananlar var
DÜNYA
16:05 26.09.2026
124
Pakistanın şimal-qərbində yerləşən Dera İsmayıl Xan şəhərində baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bu barədə "Reuters" Pakistanın təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub.

Partlayışın səbəbi və hadisənin məsul şəxsləri barədə hələlik əlavə məlumat açıqlanmayıb.

///apa.az///
OXŞAR XƏBƏRLƏR