İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
AZXEBER.COM APA-ta istinadən xəbərə görə, Pakistanın Tehrandakı səfirliyinin əməkdaşı Nadim Bəsitxan Astara dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycana təxliyə olunub.
Diplomat jurnalistlərə bildirib ki, ötən il də Azərbaycanda olub: "Azərbaycan xalqı çox gözəl xalqdır. Ötən ilin iyun ayında da burada olmuşam”.
Bundan əlavə, Azərbaycan və Rusiya vətəndaşları da təhlükəsiz şəkildə İrandan Azərbaycan sərhədi ilə təxliyə olunublar.










































