Pakistanlı general sabah Tehrana səfər edəcək

Pakistanlı general sabah Tehrana səfər edəcək
DÜNYA
23:52 19.10.2026
144
Pakistanın Quru Qoşunlarının komandanı Asim Munir sabah Tehrana səfər edəcək və baş tutacaq görüşlərdə regional proseslər barədə müzakirələrin aparılması planlaşdırılır.

"Tasnim" xəbər verir ki, səfər çərçivəsində A. Munir İranın rəsmiləri ilə görüşüb müəyyən məsləhətləşmələr aparacaq.

Qeyd olunub ki, əməkdaşlıq və iki ölkə arasındakı mühüm məsələlərlə yanaşı, regiondakı hadisələrin müzakirəsi nəzərdə tutulub.

Munirin Tehrana səfərinin gündəliyindəki digər məsələ Pakistanın ABŞ ilə İran arasında vasitəçiləyinə aiddir.
 
///report///
OXŞAR XƏBƏRLƏR