Pakistanlı nazir yol qəzasında öldü

Pakistanlı nazir yol qəzasında öldü
DÜNYA
11:32 16.04.2023
277

Pakistanda dini işlər və dinlərarası razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə aprelin 15-də axşam saatlarında İslamabadda nazirin avtomobilinin digər avtomobilə çırpılması nəticəsində baş verib. Nazir ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pakistan Prezidenti Arif Alvi və Baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə bağlı başsağlığı verib.

OXŞAR XƏBƏRLƏR