Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub

Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub
SİYASƏT
14:57 31.10.2020
863

"Azərbaycanın dostları” dünyanın hər yerindən, ölkənin həqiqi dostu olan həmfikirlərin sosial şəbəkəsidir. Bu sosial şəbəkənin məqsədi onları vahid bir platformada birləşdirməkdir ki, birlikdə dünyaya xəbər verə bilək - Azərbaycanın ədalətə ehtiyacı var!

Media.Az-ın məlumatına görə, bu barədə pakistanlı politoloq, "Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayub Sumbal deyib.

O, ədalətin bərqərar olması üçün Azərbaycanın 30 il gözlədiyini, ancaq dünyanın Ermənistanı BMT-nin dörd qətnaməsinə riayət etməyə məcbur edə bilmədiyini vurğulayıb:

"Layihə iştirakçıları beynəlxalq aləmə müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh və harmoniyada yaşadıqları Azərbaycan haqqında məlumat verirlər. Biz multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan Azərbaycanın dövlətçilik modelindən nümunə götürməyə çağırırıq”.

Beynəlxalq icmalçı bildirib ki, yaxın gələcəkdə dünyanın hər yerindən olan ziyalıların, elm adamlarının və gənclərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən "Bakı debatları” və "Bakı dialoqları” təşkil ediləcək.

""Azərbaycanın dostları” Bakıda olduğum müddətdə şəxsən gördüklərimi dünyaya göstərməyə çalışır”, - deyə müsahib əlavə edib.

O, Azərbaycanı insanların sülh şəraitində yaşamaq istədikləri bir ölkə olduğunu deyərək, Dağlıq Qarabağ işğal olunduqdan sonra bir milyon azərbaycanlı məcburi köçkünlə həmrəy olmağın vaxtı gəldiyini vurğulayıb.

"Onlar erməni işğalından azad edilmiş doğma torpaqlarına qayıtmaq istəyirlər”, -deyə siyasi analitik əlavə edib.

Pakistanlı politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın birmənalı olaraq Azərbaycan ordusunu, onun gücünü düzgün qiymətləndirmədiyini vurğulayıb.

"Bu gün hamı Ermənistanın baş nazirinin əleyhinədir. O, demək olar ki, Dağlıq Qarabağdakı müharibəni uduzub. Ermənistan tərəfindən atəşkəs razılaşmalarının daima pozulması isə Paşinyanın regional güclərin etibarını itirməsinə gətirib çıxardı”, - deyə Malik Ayub Sumbal sözlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixə qəhrəman kimi yazılan ömür: Polad Həşimovun şəhidliyindən 6 il keçir
12:13 14.07.2026
Tarixə qəhrəman kimi yazılan ömür: Polad Həşimovun şəhidliyindən 6 il keçir
ƏƏSMN-in rəqəmsal layihəsi beynəlxalq mükafata layiq görüldü
12:08 14.07.2026
ƏƏSMN-in rəqəmsal layihəsi beynəlxalq mükafata layiq görüldü
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
12:04 14.07.2026
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
11:56 14.07.2026
AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?
11:52 14.07.2026
Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?
Bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
11:45 14.07.2026
Bu marşrutun hərəkət istiqaməti dəyişdirilir
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
11:33 14.07.2026
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
11:30 14.07.2026
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
11:27 14.07.2026
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
11:22 14.07.2026
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
İlham Əliyev Makronu təbrik etdi
11:18 14.07.2026
İlham Əliyev Makronu təbrik etdi
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
11:15 14.07.2026
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
11:14 14.07.2026
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
11:12 14.07.2026
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
11:11 14.07.2026
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
11:00 14.07.2026
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI