Maliyyə Bazarlarına Nəzarət Palatası "AXA MBASK” sığorta şirkəti ilə bəzi mətbuat orqanlarında haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, palatanın açıqlmasında deyilir: "AXA Mbask” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilmişdir. Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilmişdir.
Bildirilir ki, Palata tərəfindən heç kim işindən azad edilməyib.
Xatırladaq ki, məlumat ilk olaraq saytımızda dərc edilib. Məlumatda Maliyyə Bazarlarına Nəzarət Palatasının noyabr ayının 28-də "AXA Mbask” şirkətinə məktub göndərdiyi qeyd edilib. Və palatanın şikətə sanksiya tədbiq etdiyi bildirilmişdi. Sanksiyaya səbəb isə sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə nəzərdə tutulmuş komissiyadan artıq müştərilərə endirim verməsi ilə bağlı olub. Qanuna əsasən avtomobillərin icbari sığortası üzrə müəyyən edilən komissiyanın həcmi 15% təşkil edir. Palata isə sığorta şirkətinin 30% civarında endirimlər tətbiq etdiyini aşkarlayıb.
AXA MBASK” sığorta şirkəti isə məsələ ilə bağlı mövqeyini bildirib.Şirkətdən bildirilib ki, yayılan xəbərlər tamamilə yanlış və əsassızdır.