“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…

“Palmali” bu gəmini suya buraxdı: Ancaq azərbaycanlılar…
SOSİAL
11:29 05.10.2018
2640
Mərhum energetika naziri Natiq Əliyevin adını daşıyan "Palmali” Şirkətlər Qrupuna daxil olan tanker Tallin limanından dünya sularına yüklə yola salınıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Avropanın ən böyük şirkətlərindən biri sayılan "Tintrade” şirkəti və "Palmali” Holdinq arasında 2 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən tanker "Tintrade” şirkətinin yüklərini daşıyacaq.

Müqavilədə qeyd olunan tələblərdən birinə əsasən, bu tankerdə yalnız azərbaycanlılar işləyəcək.

Xatırladaq ki, buzlu sularda belə hərəkət etmək qabiliyyəti olan bu nəhəng gəmi 4 növ yük daşıma qabiliyyətinə məxsusdur və ötən il Natiq Əliyevin vəfatından qısa zaman sonra "Palmali” tərəfindən istifadəyə verilib.
OXŞAR XƏBƏRLƏR