Pan Gi Mun Prezident İlham Əliyevi təbrik etdi

SİYASƏT
17:09 26.11.2013
1035

BMT-nin baş katibiPan Gi MunAzərbaycan Respublikasının Prezidentiİlham Əliyevə təbrik məktubu göndərib. AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm. Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

OXŞAR XƏBƏRLƏR