Panamada təbii fəlakət təhlükəsi: Fövqəladə vəziyyət elan edildi

Panamada təbii fəlakət təhlükəsi: Fövqəladə vəziyyət elan edildi
DÜNYA
12:09 27.08.2026
96
Panamada El Niño ilə bağlı ölkə üzrə fövqəladə vəziyyət elan edildi

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Panamada El Nino hadisəsinin səbəb olduğu güclü yağışlar ölkə iqtisadiyyatına və vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaratdığı üçün ölkə üzrə ən yüksək səviyyəli fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, El Nino səbəbindən Panamanın şimal və Karib bölgələrində güclü yağışlar yağıb, daşqınlar baş verib. Təbii fəlakət nəticəsində 15 min 600-dən çox insan zərər çəkib.

Panamanın daxili işlər naziri Dinoska Montalvo bildirib ki, fövqəladə vəziyyətin elan edilməsində məqsəd inzibati prosedurları sadələşdirmək, əməliyyat imkanlarını gücləndirmək və qarşıdakı hadisələrə hazırlıq görməkdir.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son hesabatında da El Nino hadisəsinin qarşıdakı aylarda sürətlə güclənəcəyi və bunun ekstremal hava hadisələri ilə təbii fəlakət riskini artıracağı bildirilib.

Proqnozlara əsasən, Şərqi və Mərkəzi Sakit okeanda dəniz səthinin temperaturu iyul-sentyabr aylarında sürətlə yüksələcək. Temperaturun 2 dərəcədən çox artacağı və bunun nəticəsində güclü El Niño dövrünün yaşanacağı ehtimal edilir.
 
Gulay
OXŞAR XƏBƏRLƏR