“Panda Boya” yeni ulduz simasını təqdim etdi - VİDEO

İQTİSADİYYAT
14:09 01.06.2021
728

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya” sevilən ulduzlardan olan Zamiq Hüseynovu yeni ulduz siması seçib.

"Panda Boya” 31 Mayda Azərbaycan televiziya tarixində ilk dəfə "Azad Azərbaycan” telekanalının canlı yayımında yeni ulduz simasını və mobil tətbiqini təqdim edib.

Bu barədə danışan şirkətin Marketinq direktoru Müşviq İskəndərov bilirib ki, mobil tətbiq həm istehlakçıların seçimlərini asanlaşdırır, həm də müştəriləri innovativ yeniliklərlə sevindirir:

"Ölkənin sevilən ulduzlarından biri Zamiq Hüseynovun "Panda Boya”ya etibar etməsi bizi sevindirir. Ulduz simamızla markamızın rəng kataloqu barədə daha çox insanın məlumatlanacağını bilirik.

Təqdim etdiyimiz "Panda Mater – Çək və Boya” adlanan mobil tətbiqimiz ( https://qrco.de/bc7ywr ) vasitəsilə isə boya alıcıları qapaqaltı kodlarla bonuslar əldə edirlər. Bu bonuslar qarşılığında şirkət alıcılara müxtəlif hədiyyələr təqdim edir. Bonus kampaniyasının əsas hədiyyəsi isə iki otaqlı evdir.

Mobil tətbiqin digər üstünlüyü isə Artırılmış Reallıq Funksiyasıdır. Evi üçün boya seçimində tərəddüd edən alıcılar smart cihazlarının kamerasını divara qarşı çevirirlər və bu funksiya "Panda Boya”nın 2500-dən çox rəng kataloqundan interyerə uyğun rəng seçimi verir. Boya alıcısı həmin rəngin kodunu mağazaya təqdim etməkləinteryer dizaynına uyğun gələn rəngi asanlıqla tapa bilir”.

Təqdimetmə mərasimində "Pandanın Ulduzu” Zamiq Hüseynov geniş kütləyə təqdim olunub və "Panda Boya”nın yeni reklam çarxı nümayiş etdirilib.

Tədbirdə həmçinin "Pandanın Ulduzu” adlı müsabiqənin qalibi də elan edilib. Öncədən təqdim edilən müsabiqənin şərtlərinə görə, iştirakçılar "Panda Boya”nın məşhur ulduzunun kim olduğunu tapmalı idilər. Düzgün cavabı tapan şəxslərdən biri xüsusi elektron proqram vasitəsilə qalib seçilib.

"Pandanın Ulduzu” müsabiqəsinin qalibi Bayram Dunyamaliyev iPhone 12 Mini qazanıb.

Tədbir Zamiq Hüseynovun ifaları ilə sona çatıb.

Qeyd edək ki, "Panda Boya” "Muradlı-M Group”a daxildir. "Muradlı-M Group” həmçinin Linx Mebel Boyasının və Panapol divar künclüyü,tavan göbəkliklərinin istehsalçısıdır.

Həmçinin,Türkiyənin GENÇ boya və verniklərinin, o cümlədən, bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir. "Muradlı-M Group”un istehsal etdiyi məhsullar İSO 9001; 2008 keyfiyyət sertifikatına layiq görülüb.

 

 

 

 


 
OXŞAR XƏBƏRLƏR