"Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili"nə videokonfrans həsr edildi

"Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili"nə videokonfrans həsr edildi
SOSİAL
10:32 13.05.2020
693
Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə "Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili" mövzusunda görüş təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov,YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə, millət vəkili Müşfiq Cəfərov, millət vəkili Ramin Məmmədov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, rəssam Aysel Nağıyeva, Beynəlxalq "Art of Living” Fondunun koordinatoru Kənan Məmmədov və gənclər iştirak ediblər.

Videokonfrans zamanı karantin rejimi dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili mövzusunda müzakirələr və fikir mübadiləsi aparılıb. Konfransda çıxış edənlər vurğulayıblar ki, gənclər COVID-19 pandemiyası şəraitindən irəli gələn fəsadlara cəmiyyətin ən çox məruz qalan üzvlərindən olmalarına baxmayaraq, virusun yayılması ilə mübarizədə, həmçinin fəsadlarının aradan qaldırılmasında cəmiyyətdə ən fəal rol oynayanlar da məhz gənclər oldu. Onlar ölkəmizin bütün vətəndaşları kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər. Belə ki, gənclər sosial izolyasiya dövründə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfələrini əsirgəmədilər.

Konfransda həmçinin region gənclərinin inkişafı, onların müasir bacarıqlara yiyələnməsi, bilik və bacarıqlarının artırılması və bu xüsusda virtual məkanda təlimlərin, konfransların təşkilinin vacibliyindən danışılıb, bu istiqamətdə də bir sıra mühüm addımların atılmasının vacibliyi diqqətə çatdırılıb.

Moderatorlar gənclərin mövzu ilə bağlı onlara ünvanlanmış suallarını cavablandırıb, məsələ ətrafında maraqlı fikirlər səsləndiriblər.

Sonda gənclərə pandemiya təhlükəsilə əlaqədar sosial izolyasiya və karantin rejiminin qaydalarına uyğun davranmaq və postpandemiya dövründə də asudə vaxtlarının faydalı təşkili istiqamətində müvafiq tövsiyələr verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
20:01 23.07.2026
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşdü - FOTO
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
19:17 23.07.2026
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
19:06 23.07.2026
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
18:54 23.07.2026
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
18:38 23.07.2026
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi