Pandemiyadan sonra ilk dəfə açılan maşın bazarında vəziyyət necədir? – VİDEO

Pandemiyadan sonra ilk dəfə açılan maşın bazarında vəziyyət necədir? – VİDEO
SOSİAL
16:30 14.09.2020
1002
Pandemiya ilə əlaqədar olaraq bölgələrdə yerləşən avtomobil bazarları fəaliyyət göstərmir. Karantin qaydaları yumşaldıqdan sonra Bərdə rayonunda yerləşən maşın bazarı açılıb.
 
Baku Tv-nin əməkdaşları Bərdə avtomobil bazarında vəziyyətlə maraqlanıb. İki aya yaxındır ki, bağlı qalan avtomobil bazarı açılıb. Hər bir rayonun öz maşın bazarı olsa da, pandemiyadan sonra açılan Bərdə bazarlarına alıcıların axını çoxluq təşkil edir. Buna səbəb də bu bazarda maşın çeşidlərinin çox olması və avtomobillərin daha münasib qiymətə satılmasıdır.
 
Bazarda alıcılar xaricdə istehsal olunan avtomobillərdən təkrar satışa çıxarılan "Mersedes" markasına, daha dəqiq desək, bu markanın nisbətən köhnə modellərinə üstünlük verirlər. Rusiyadan idxal olunan avtomobillərdən isə daha çox "VAZ 2106", "VAZ 2107", qiyməti 3000-6000 AZN arasında dəyişən avtomobillərə maraq göstərilir. Bunun da səbəbi bu avtomobillərin yollara daha davamlı olması, eləcə də, az xərc tələb etməsidir.
 
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən avtomobil bazarları hələ də bağlıdır.
 
 
OXŞAR XƏBƏRLƏR