Hökumətin gördüyü məqsədyönlü tədbirlər nəticəsində koronavirus pandemiyasının yarada biləcəyi böhranın qarşısı alınıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsi pandemiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, xalqın rifahının təmin edilməsi, işğal edilmiş ərazilərdə nəzərdə tutulan tədbirləri, dövlət sərhədlərinin bərpa edilməsi və digər xərclər nəzərə alınıb.
S.Şərifov bildirib ki, büdcə Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək istiqamətində tədbirlər nəzərə alınmaqla tərtib edilib.