Papa Ukrayna üçün dua etdi

DÜNYA
10:20 21.04.2014
995
Roma Papası I Fransisk Müqəddəs Pyotr kilsəsində təşkil olunan Pasxa Bayramı mərasimində Ukraynada və Suriyada sülh üçün dua edib.ANS PRESS-in məlumatına görə, Roma katolik kilsəsinin başçısı Ukraynada zorakılıqların qarşısının alınması məqsədilə münaqişəyə cəlb olunmuş bütün tərəflər üçün dua edib.Roma Papası öz dualarında Suriyada uzunmüddətli və davamlı sülhə nail olunmasını arzulayıb.Pontif həmçinin Nigeriyada terror aktları, İraqda zorakılıqlara son qoyulması, eləcə də Yaxın Şərqdə israillilər və fələstinlilər arasında sülhə nail olunması üçün dua edib.
OXŞAR XƏBƏRLƏR