Papa Yaxın Şərqi atəşkəsə çağırıb

Papa Yaxın Şərqi atəşkəsə çağırıb
DÜNYA
18:58 29.10.2023
187
Roma Papası I Fransisk Yaxın Şərqdə atəşkəs, Qəzza zolağına umanitar yardım və girovların azad edilməsinə çağırıb.

AZXEBER.COM bu barədə "Report"a istinadən xəbər verir.

"Atəşi kəsin! Qardaşlar və bacılar, dayanın. Müharibə məğlubiyyətdir. Qəzza zolağında humanitar yardıma zəmanət vermək və bütün girovları azad etmək lazımdır”, - pontifik Müqəddəs Petrus meydanında ənənəvi bazar günü xütbəsindən sonra Apostol sarayının pəncərəsindən dindarlara müraciət edərək deyib.
OXŞAR XƏBƏRLƏR