Papa XIV Leo və Vladimir Putin Ukrayna haqqında telefonla danışıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bu barədə Vatikanın Mətbuat Xidməti yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, tərəflər qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, xüsusilə Ukraynadakı vəziyyəti və sülhün təmin olunması məsələsini müzakirə ediblər. Papa XIV Leo Rusiya tərəfini sülhü təşviq edəcək bir jest etməyə çağırıb, tərəflər arasında müsbət təmasların və dialoqun vacibliyini vurğulayıb.
Kreml tərəfindən yayılan açıqlamada isə Prezident Vladimir Putinin telefon danışığı zamanı Papa XIV Leo-ya böhranın siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu, bunun üçün böhrana səbəb olan əsas amillərin aradan qaldırılmasının vacibliyini qeyd etdiyi bildirilib. Həmçinin Putin, Vatikanın Ukrayna böhranının həllində iştirak etməyə və humanitar məsələlərin həllində yer almağa hazır olmasına görə Papa XIV Leo-ya təşəkkür edib.