Papanın Rusiya tarixi ilə bağlı açıqlamaları Ukraynanı qəzəbləndirdi

Papanın Rusiya tarixi ilə bağlı açıqlamaları Ukraynanı qəzəbləndirdi
DÜNYA
18:08 31.08.2023
313
Ukrayna rəhbərliyi Rusiya imperiya dövrü hökmdarlarını tərifləyən Papa Fransiski sərt sözlərlə tənqid edib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Mixail Podolyak bildirib ki, Papa Rusiya təbliğatının aləti kimi fəaliyyət göstərir.

Papa Fransisk Sankt-Peterburqda keçirilən 10-cu Rusiya Katolik Gənclər Konqresində videokonfrans vasitəsilə iştirak edib və çıxışında aşağıdakı ifadələrdən istifadə edib:

"Mirasınızı unutmayın. Siz böyük müqəddəslərin, I Pyotr, II Yekaterinanın böyük Rusiyasının nümayəndələrisiniz”

Onun bu fikirlərinə qarşılıq olaraq, Ukrayna höküməti bildirib ki, Papa onları ucaldub, təcavüzkar imperializmi qeyd-şərtsiz dəstəkləyir. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR