Sakit okeanın cənubunda yerləşən Papua-Yeni Qvineyada baş verən sürüşmə nəticəsində 100-dən çox adamın öldüyü açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, Avstraliyanın ictimai yayımı ABC-nin məlumatına görə, paytaxt Port Moresbidən 600 kilometr şimal-qərbdə yerləşən Enqa əyalətinin Kaokalam kəndində gecə saatlarında torpaq sürüşməsi baş verib.
Şahidlər yerin altında basdırılmış 100-dən çox insanın öldüyünü bildirsələr də, itkilər hələ rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.
Sosial şəbəkələrdə yayılan videolarda dağın zirvəsindən qopan qaya kütləsinin yamacdakı torpağı sürüyərək kənddəki evlərin üzərinə qalaqlandığı görülüb.
Gülay