Papua-Yeni Qvineya sahillərində zəlzələ olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata əsasən, maqnitudası 6,3 olan zəlzələ Kimbe şəhərində baş verib.
Zəlzələ adıçəkilən şəhərin 108 km şimal-qərbində və 607 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.
Mikayıl