Paraqvayda 15 yaşlı futbolçu dava zamanı dünyasını dəyişib

İDMAN
18:55 17.09.2024
230
Paraqvayın "Nasyonal" klubunun 15 yaşlı futbolçusu İsmael Dominqes dava zamanı aldığı zərbələrdən sonra dünyasını dəyişib.

Bu barədə "La Nacion" məlumat yayıb.

Hadisə Paraqvayın aşağı dəstə çempionatında "Nasyonal" və "Bokeron" komandaları arasında keçirilən matçda baş verib. Oyun zamanı meydanda əlbəyaxa dava düşüb.

Yeniyetmə futbolçu başından bir neçə zərbə alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR