Paraqvayda iqtisadiyyat naziri prezident seçildi

Paraqvayda iqtisadiyyat naziri prezident seçildi
DÜNYA
11:27 01.05.2023
169
Paraqvayda hakim partiyanın prezidentliyə namizədi, keçmiş iqtisadiyyat naziri Santyaqo Penanın qalib gəldiyi təsdiqlənib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, seçki heyətindən verilən açıqlamada, səslərin 96 faizinin hesablandığı Paraqvayda qeyri-müəyyən nəticələrə görə, hakim Kolorado Partiyasının namizədi Pena 43.15 faiz səslə prezident seçilib.

Solçu koalisiyanın namizədi Efrain Aleqre 27,51% səs toplayıb, sağçı populist namizəd Paraqvay Kuba isə 21,62 faiz səslə seçki yarışında üçüncü olub.
 
Qeyd edək ki, senatda böyük səs çoxluğu qazanan Penanın 17 qubernatorluqdan 14-də uğur qazandığı bildirilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR