Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, idmançımız ikinci mərhələdə 291 xal toplayıb.
Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.