Paris-2024: Azərbaycanın kişi badmintonçusu qələbə qazandı

İDMAN
23:32 29.07.2024
291
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).

Qeyd edək ki, E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.

OXŞAR XƏBƏRLƏR