Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.
Təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. M.Maqomedov yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.