Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
AZXEBER.COM xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.
O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq