Paris-2024: Rafiq Hüseynov məğlub oldu

İDMAN
15:04 07.08.2024
134
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.

Hüseynov rəqibinə məğlub olub - 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR