Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurub

Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurub
DÜNYA
21:48 07.08.2024
140
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.

Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
OXŞAR XƏBƏRLƏR