Noyabrın 1-dən etibarən Fransanın paytaxtı Parisdə enerji qənaəti çərçivəsində alınan qərarlar qüvvəyə minib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Parisdə enerji qənaəti çərçivəsində alınan qərarla mağaza və bənzəri iş yerlərində iş günü bitdikdən sonra işıqlandırılan lövhə və vitrinlərin işıqları söndürülür.
Qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizənin aparılacağını açıqlayan Paris Böyükşəhər Bələdiyyəsi bu çərçivədə paytaxtdakı mağaza və buna bənzər iş yerlərinin işıqlı lövhə və vitrinlərinin işıqlarının iş saatları xaricində söndürüləcəyini açıqlayıb.
Paris Böyükşəhər Bələdiyyəsi bir müddət əvvəl Luvr Muzeyi ərazisindəki Eyfel qülləsi və Luvr piramidasının işıqlarının söndürüləcəyini bildirmişdi, lakin qərarın qüvvəyə minməsindən 3 gün sonra Eyfel qülləsi və Luvr piramidasının işıqları yandırılıb.
Aydın