Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

İDMAN
18:54 12.07.2024
185
Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

Bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

T.Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

OXŞAR XƏBƏRLƏR