Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Baninin 120 illiyi qeyd olunub - FOTOLAR

Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Baninin 120 illiyi qeyd olunub - FOTOLAR
SOSİAL
14:47 16.12.2025
230
Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Baninin 120 illiyi qeyd olunub. 

AZXEBER.COM xəbər verir ki, Fransanın paytaxtı Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Ümmülbanu Əsədullayevanın (Banin) anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Yeni Sorbon Universitetinin professoru Aleksandr Stroev, dünya ədəbiyyatının görkəmli simalarından olan Lev Tolstoyun nəticəsi Maksim Marduxayev, fransalı alimlər, jurnalistlər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Leyla Abdullayeva çıxışı zamanı Baninin mühacirət həyatı, onun Fransa ədəbi mühitində keçdiyi çətin və məhsuldar yaradıcılıq yolu, xüsusilə də Azərbaycan qadınlarının ədəbiyyat tarixində tutduğu yeri möhkəmləndirməkdəki rolu barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən tədqiqatçı alimlər Baninin Fransa elitası arasında qazandığı xüsusi mövqedən, onun intellektual çevrələrdə yaratdığı dərin hörmətdən söz açıblar.

Daha sonra tədbirdə Hüseyn Cavadzadənin müəllifliyi ilə ərsəyə gəlmiş, yazıçının həyat və yaradıcılıq yoluna həsr edilmiş sənədli film nümayiş etdirilib. Qeyd edək ki müəllif dünyanın müxtəlif ölkələrinə Sovet rejiminin təqiblərindən mühacirət etmiş müxtəlif azərbaycanlılardan sənədli filmlər hazırlayır. Onun filmləri İtaliya,ABŞ, Fransa,Almaniya,Polşa və s ölkələrdə çəkilib və dünyanın fərqli ölkələrində yayımlayıb.

Tədbir çərçivəsində Baninə məxsus şəxsi əşya və fotoların nümayiş olunduğu xüsusi sərgi də təşkil edilib.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar