Parisdə naməlum kişi avtomobildən insanlara atəş açıb.
BFM TV xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.
Ölü sayının arta biləcəyi istisna edilmir.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Onun kimliyi hələlik açıqlanmayıb.











































