Putindən Ukrayna ilə bağlı sülh mesajı

Putindən Ukrayna ilə bağlı sülh mesajı
DÜNYA
18:11 23.10.2026
128
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazır olduqlarını, müvəqqəti atəşkəs əvəzinə hər iki ölkənin təhlükəsizliyini təmin edəcək daimi sülh sazişi istədiklərini bildirib.

Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündən sonra üçtərəfli danışıqların bərpası barədə razılığa gəldiklərini açıqlayıb.

Putin bildirib ki, danışıqların məqsədi yalnız döyüşləri qısa müddətə dayandırmaq deyil, yekun sülh sazişinə nail olmaq və Rusiya ilə Ukraynanın təhlükəsizliyini təmin etməkdir.

Rusiya lideri Avropanın təhlükəsizlik məsələlərinin də danışıqlarda müzakirə edilməli olduğunu vurğulayıb.
 
///Bakupost
OXŞAR XƏBƏRLƏR