“Parisdə oturub kofe içə-içə Ermənistanı işğala səsləyir”

“Parisdə oturub kofe içə-içə Ermənistanı işğala səsləyir”
SİYASƏT
11:05 06.11.2021
2356
"Ermənistan strateji yanaşmasını dəyişməlidir. Ermənistan işğalçılıq strategiyasından əl çəkməlidir, çünki işğal Ermənistanın özünə ziyanlar gətirdi”. 

Bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan məhrum olduğu iqtisadi potensialları bərpa etmək üçün qonşu ölkələrə olan ərazi iddialarından əl çəkməlidir.

"Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ona görə də, Ermənistan olanlardan dərs çıxarmalıdır. Erməni diasporunun liderləri Los-Ancelesdə, Parisdə oturub qəhvə içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın”, - deyə H.Hacıyev əlavə edib.
OXŞAR XƏBƏRLƏR