Parisə uçan təyyarədə yanıq qoxusu - Təcili eniş etdi

Parisə uçan təyyarədə yanıq qoxusu - Təcili eniş etdi
DÜNYA
12:59 05.01.2026
100
Beyrutdan Parisə uçan Air France təyyarəsinin salonda yanma qoxusu səbəbindən Münhendə təcili eniş etdiyi bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Münhen Josef Strauss Hava Limanının sözçüsü bildirib ki, Airbus A330-200 təyyarəsi dünən gecə yerli vaxtla saat 20:19-da eniş edib və köməksiz dayanacaq yerinə qayıdıb.

Sözçü həmçinin qeyd edib ki, təyyarədə heç kim xəsarət almayıb. Sərnişinlər oteldə yerləşdiriliblər.

Yanma qoxusunun mənbəyi hələlik müəyyən edilməyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR