Paris polisi şəhərin iki rayonunda oktyabrın 22-dən 25-dək komendant saatı tətbiq edib.
Bu barədə qurumun "X” hesabında yaydığı məlumatda bildirilir.
Qərara əsasən, Respublika meydanı və Le-Al məhəlləsində həm yetkinlik yaşına çatmış, həm də azyaşlı şəxslərin hər gün saat 23:00-dan səhər 06:00-dək küçələrdə olması qadağan edilib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.
///apa.az///











































