Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti Bakının "Park Bulvar" Alış-veriş Mərkəzində(AVM) tanıtım standı açıb. Editor.az xəbər verir ki, 21 avqust-21 sentyabr tarixlərində fəaliyyət göstərən tanıtım standını ziyarət edən gənclərə və onların valideynlərə Türkiyədə təhsil həyatı, İstanbul Aydın Universitetindəki təhsil şəraiti, universitetin akademik və maddi-texniki potensialı haqqında geniş məlumat verilib. Standda maraqlanan şəxslərə universitet həyatını əks etdirən əyani vəsaitlər təqdim olunub.
1 ay ərzində fəaliyyət göstərən standı tanınış ictimai-mədəni xadimlər, QHT və media təmsilçiləri də daxil olmaqla 10 minə qədər şəxs ziyarət edib.