"Park Bulvar"da bir sıra gənc yeni flaşmob keçirib. AZXEBER.COM-un məlumatına görə, koreyalı ifaçının oxuduğu “Gangnam Style” mahnısına oynayan gənclər yeni flaşmoba imza atıblar. Bu gün "Youtube"a yerləşdirilən video sosial şəbəkələrdə müzakirəyə səbəb olub.Qeyd edək ki, flaşmob-un təşkilatçıları "İrəli" İctimai Birliyi, "Park Bulvar" və "Wake Up" olub.AZXEBER.COM portalı həmin videonu təqdim edir.