Park Cinema-nın Uzun hekayəsiPark Cinema-nın PR-meneceri Nərgiz Rəfiyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, sabah, 28.03.2013-cü il tarixindən kinoteatrda Türkiyənin tanınmış rejissoru Osman Sınavdan “Uzun hekayə” filminin nümayışına başlanılır. “Söz verdiyimiz kimi kinoteatrımızda filmləri nümayış olunan istehsalçı ölkələrin siyahısı artmaqdadır. Sabahdan etibarən türk kinosu həvəskarları “Uzun hekayə” filminə baxa biləcəklər.Film, Mustafa Kutlunun ölməz əsəri əsasında, Osman Sınav tərəfindən ekranlaşdırılıb. Film Bolqarıstandan 1940 illərdə köçmüş Əlinin həyatından bəhs edir. Əli dəliqanlı çağında Munirə adlı bir qıza aşiq olur. Aralarında yaranmış sevgi isə yaşadıqları yerdən birgə qaçmaqlarına səbəb olur. Munirə, Əli və ilk övladları Mustafa məmləkəti dolana-dolana həyatın enişli yoxuşlu yollarını birgə keçirlər. Bu uzun hekayə 1960 illərdən 1970 illərədək davam edir…Filmdə romantik, həyacanlı, nəşəli anlar yaşanılır.