Parka gedən ər-arvad ayının hücumuna məruz qalaraq öldü

Parka gedən ər-arvad ayının hücumuna məruz qalaraq öldü
DÜNYA
12:30 02.10.2023
221
Kanadanın Alberta əyalətindəki Banff Milli Parkında ər-arvad ayının hücumuna məruz qalaraq ölüb.
 
AZXEBER.COM CBC News-a istinadən xəbər verir ki, park rəsmiləri axşam saatlarında GPS cihazı vasitəsilə ayı hücumu ilə bağlı xəbərdarlıq alıblar.
 
Xəbərdarlığa uyğun hərəkətə keçən qruplar əlverişsiz hava şəraiti səbəbindən havadan müdaxilə edə bilməyib və hadisə yerinə gec gəlib.
 
Hücumdan saatlar sonra bölgəyə gedən qruplar cütlüyün cəsədini tapıblar.
 
Axtarış zamanı aqressiv ayı ilə qarşılaşan qruplar heyvanı hadisə yerində öldürüblər.
 
Səlahiyyətlilər dünya üzrə qonur ayının hücumlarının yalnız 14 faizinin ölümlə nəticələndiyini bildirib və sözügedən hücumun nadir bir hadisə olduğunu vurğulayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR