"Son zamanlar elektron xəritələrdə, naviqatorlarda yollardakı dəyişikliklər sistemə gec əlavə olunur".
AZXEBER.COM xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, naviqatorlardakı dəyişikliklər turistləri və sürücüləri çətin vəziyyətəə sala bilər:
"Bu da turistlərin və sürücülərin hərəkət qaydalarını pozmalarina, qadağan olunmuş yollarda hərəkət etmələrinə səbəb olur. Buna xüsusilə də paytaxtın kənar rayon-şəhərlərində daha çox rast gəlinir".
Deputat parklanma yerlərində elektrikli avtomobillər üçün xüsusi yerlərin ayrılmasını təklif edib:
"Parklanma yerlərində fiziki qüsürlu şəxslər üçün xüsusi yerlər ayrılıb. Bu təqdirəlayiq addımdır. Bununla yanaşı, parklanma yerlərində elektrikli avtomobillər üçün də xüsüsi yerlərin ayrılmasını təklif edirəm. Belə olacağı təqdirdə elektrikli avtomobillərə keçidin sürətlənməsinə azacıqda olsa təkan verəcəyimizi düşünürəm. Gəncə şəhərində Daşkəsən istiqamətndə hərəkət etmək üçündaha çox Təbriz küçəsi və 28 may prospektindən istifadə olunur. Həmin yollarda su kanalizasiya işləri uzun müddətdir aparıldğından, bu yollarda hərəkət çox çətindir. Yalnız dördçəkər avtomobillər normal hərəkət edə bilir.
Həmçinin şəhərin mərkəzində yerləşən Atatürk prospektində də oxşar vəziyyətdir. Yay aylarında gəncəlilər XoşBulaq yaylağına mütəmadi səfərlər etdikləri üçün çox əziyyət çəkirlər. Xahiş edirəm adiyyatı qurumlara vəsait ayırılsın ki, bu yollar əsaslı qurulana qədər, mövcud cuxurlar yamansın. Bu yollarda hərəkət normallaşsın. Bakı – Ağstafa – Gəncə istiqamətində qatar reyslərinin 2 dəfəyə qədər artırılması bayram ərəfəsində xoş müjdə oldu. Qərb bölgəsində yaşayan və bu reyslərin istifadə edəcək hər kəsi təbrik edirəm”.