Parlament ad günü ilə əlaqədar İlham Əliyevə məktub ünvanladı

Parlament ad günü ilə əlaqədar İlham Əliyevə məktub ünvanladı
SİYASƏT
11:13 23.12.2025
138
Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
OXŞAR XƏBƏRLƏR