Parlament ərazisinə daxil olmaq istədi, həbs edildi

Parlament ərazisinə daxil olmaq istədi, həbs edildi
DÜNYA
03:45 15.12.2021
323
London polisi parlamentin ərazisinə daxil olmaq istəyən şəxsi saxlayıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Britaniyanın "Sun" qəzeti məlumat yayıb.
 
Qeyd olunur ki, Vestminsterin əsas qapısı yaxınlığında mavi rəngli "Jaguar” markalı avtomobildə olan kişi şübhə yaratdığı üçün nəzarətə götürülüb.

-Dekabrın 14-də günorta saatlarında avtomobil Vestminster Sarayının qapısına daxil olmağa çalışıb. Maşında olan şəxs saxlanılıb", - paytaxt polisinin sözçüsü deyib.
 
Polis rəsmisionu da əlavə edib ki, hadisə terror aktı hesab edilmir.
OXŞAR XƏBƏRLƏR