"Parlament seçkilərində gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır"

"Parlament seçkilərində gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır"
Seçki2024
17:16 25.01.2020
4404
"Azərbaycanın müasir, demokratik dövlət kimi inkişafında parlamentin önəmli rolu var. Bu baxımdan, yeni formalaşacaq parlament Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”.
 
Bu fikirləri secki-2020.az saytına açıqlamasında Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib.

O bildirib ki, parlament seçkilərində gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır.

Baş redaktor deyib: "Bu, yeni mərhələnin başlanğıcıdır. İnanıram ki, yeniləşən parlamentdə gənc deputatların sayı daha da çox olacaq və onların ideyaları, fikirləri cəmiyyət tərəfindən müsbət qarşılanacaq”.

OXŞAR XƏBƏRLƏR