Parlament seçkilərinin tarixi açıqlandı

Parlament seçkilərinin tarixi açıqlandı
09:18 22.02.2013
731

Misir prezidenti Məhəmməd Mürsi ölkədə parlament seçkilərini keçirilməsini bu ilin aprel ayına təyin etmək niyyətindədir.

Seçkilər aprelin 27-də başlanacaq və müşahidəçi çatışmazlığı səbəbindən bir neçə mərhələdən ibarət olacaq.

Ötən gün parlamentin yuxarı palatası seçkilər barədə yeni qanuna dəyişiklikləri təsdiq edib.

Son bir neçə həftə ərzində Misirdə Məhəmməd Mürsinin hakimiyyətinə qarşı kütləvi iğtişaşlar keçirilib.

Analitiklərin fikrinə görə, Məhəmməd Mürsi və onun rəhbərlik etdiyi “Müsəlman qardaşlar” partiyası hesab edir ki, seçkilər müxalifətin artan narazılığına və kütləvi etirazlara son qoyacaq.

OXŞAR XƏBƏRLƏR