Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi
SOSİAL
18:34 17.11.2020
2237

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

OXŞAR XƏBƏRLƏR